Türkiyə daha bir şəhid verdi – TUNCELİDƏ ATIŞMA

Türkiyə daha bir şəhid verdi – TUNCELİDƏ ATIŞMA backend

Türkiyədə daha bir polis əməkdaşı şəhid olub. APA TV-nin məlumatına görə, Tunceli vilayətində PKK terror təşkilatının üzvləri polis postunu və oradakı zirehli maşınlarını avtomat və qumbaraatanlardan atəşə tutublar.

Təhlükəsizlik qüvvələri cavab atəşi açıblar və terrorçularla polis əməkdaşları arasında atışma bir müddət davam edib.

Hücumdan sonra bölgəyə çoxlu sayda zirehli maşın və xüsusi təyinatlı dəstə cəlb edilib. Bundan sonra terrorçular yaxınlıqdakı meşəyə qaçıblar. Terrorçuların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirilir.

Terrorçuların açdığı atəş nəticəsində 3 polis əməkdaşı və yaxınlıqdan keçən bir mülki vətəndaş yaralanıb. Yaralılar Tunceli dövlət xəstəxanasına çatdırılıb. Yaralı polis əməkdaşlarından birinin həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralı polis əməkdaşları isə helikopterlə Elazığ hərbi hospitalına aparılıblar.


Diaspora