İngiltərə Mərkəzi Bankı 2024-cü ilin ortalarından dövriyyəyə buraxılacaq Kral Çarlzın şəkli olan əskinasların fotolarını paylaşıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, İngiltərənin 5, 10, 20 və 50 sterlinqlik əskinaslarında yeganə dəyişiklik şəkil hissəsi olacaq.
Belə ki, yeni pulların ön tərəfində və təhlükəsizlik üçün nəzərdə tutulan şəffaf hissədə Kral III Çarlzın portreti əks olunacaq.
Heykəltəraş Martin Cenninqs tərəfindən şəkilən portretin Kral Çarlz tərəfindən bəyənildiyi deyilir.
Mərkəzi Bankdan bildirilib ki, III Çarlz əskinaslarda yer alacaq ikinci hökümdardır.
Qeyd edək ki, hazırda istifadə edilən əskinasların üzərində dünyasını dəyişən sonuncu Britaniya kraliçası II Elizabetanın şəkli var.
QAZİLER.AZ
