ABŞ-də odlu silahını təslim edənə pul verilir

ABŞ-də odlu silahını təslim edənə pul verilir backend

Silahlı hücumlar nəticəsində minlərlə insanın həyatını itirdiyi ABŞ-də tərkisilahı təşviq edən kampaniya başladılıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Nyu-Yorkda başladılan kampaniyada silahlarını səlahiyyətli şəxslərə təhvil verənlərə sorğu-sualsız 500 dollara qədər pul verilir. Verilən pulun miqdarı isə odlu silahın növündən asılıdır. Rəqəmlər 50-500 dollar arasında dəyişir.

Kampaniya çərçivəsində vətəndaşlardan 150 silah geri alınıb. Silahını ilk təslim edən 25 nəfərə isə elanda qeyd edildiyi kimi, “ıPad” planşeti hədiyyə edilib.

Statistik məlumatda qeyd edilib ki, bu il ABŞ-da hava limanlarının nəzarət-buraxılış məntəqələrində ələ keçirilən odlu silahların sayı bu günə qədər ən yüksək həddə olub: 6301 odlu silah... Keçən il bu rəqəm 5972 olub. Ələ keçirilən odlu silahların 88 faizinin dolu olduğu müəyyən edilib.

Digər statistik göstəricilərə görə, bu il ABŞ-də yaşanan silahlı hücumlar zamanı təxminən 40 min insanın öldüyü bildirilir.

QAZİLER.AZ

Diaspora