“Apple” yeni məhsullarının rəsmi təqdimatını keçirdi - FOTOSESSİYA

“Apple” yeni məhsullarının rəsmi təqdimatını keçirdi - FOTOSESSİYA backend

Sentyabrın 9-da axşam “Apple” ABŞ-ın San-Fransisko şəhərində özünün yeni məhsullarının təqdimat mərasimini keçirib. İKT.lent.az-ın xəbərinə görə, təqdimat mərasimi Bakı vaxtı ilə saat 22.00-da “Bill Graham Civic Aiditorium” idman kompleksində başlayıb. Tədbiri zalda 7 min tamaşaçı izləyib.

Təqdim olunan məhsullardan tam yenisi yalnız “iPad Pro” olub. “Apple TV” əlavəsi də əhəmiyyətli dəyişikliklərə məruz qazıb. Lakin maraqla gözlənən yeni “iPhone” smartfonlarının görkəmi dəyişməyib, texniki göstəricilərdə də ciddi fərqlər yoxdur.



Mərasimin əvvəlində “Apple” rəhbəri Tim Kuk bu ilin aprelində satışa çıxarılan və tezliklə daşınan elektronika sahəsində şirkətin ikinci yerə çıxmasına səbəb olan “Apple Watch” saatlarının uğurundan danışıb. O bildirib ki, “ağıllı” saatlardan məmnunluq 97% təşkil edir. Sonra T. Kuk səhnəyə korporasiyanın əməliyyat fəaliyyəti üzrə vitse-prezidenti Ceff Uilyamsı dəvət edib. C. Uilyams qeyd edib ki, smart-saatlar üçün artıq 10 min müxtəlif əlavə yaradılıb. O, “iTranslate” tərcümə funksiyası olan “Facebook Messenger” versiyası da daxil olmaqla, həmin əlavələrdən bəzilərini nümayiş etdirib. C. Uilyams sahibinin orqanizminin müxtəlif göstəricilərini, o cümlədən təzyiq, ürək ritmi, qlükozanın səviyyəsini qeydə ala bilən “AirStrip” tibb əlavəsindən bəhs edib. Proqram dölün ürək döyüntüsünü də qeydə ala bilir.



Bundan sonra publikaya “Apple Watch” üçün yeni kəmərciklər və smart-saatların yeni korpusa malik versiyaları təqdim olunub. Təqdimatın ilk hissəsinin sonunda elan olunub ki, “WatchOS 2” əməliyyat sistemi istifadəçilər üçün 16 sentyabrdan etibarən əlçatan olacaq. Həmin gün “iPhone” sahibləri yeni “iOC 9” proqramını da yükləyə biləcəklər.
Diaspora