50 yaşlı daşınmaz əmlak kralı Dmitriy Zelenov bu il müəmmalı şəkildə dünyasını dəyişən 21-ci rus oliqarx olub.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, son zamanlar rusiyalı oliqarxların ölümləri böyük sübhələr yaradıb.
Belə ki, Rusiyada daşınmaz əmlak kralı kimi tanınan Dmitriy Zelenov dekabrın 9-da Fransanın Antib şəhərində müəmmalı şəkildə ölüb. 50 yaşlı oliqarx yoldaşları ilə yeməyə gedib. Geri qayıdarkən isə özünü yaxşı hiss etməyən Zelenov pilləkənləri çıxarkən yıxılıb və kəllə beyin travması alıb. Dərhal xəstəxanaya aparılan Zelenovun həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda qeyd edilir ki, “Qazprom”un baş meneceri, 61 yaşlı Aleksandr Tulyakov, 2000-ci ilin əvvəlindən İngiltərədə yaşayan Ukrayna əsilli neft və qaz maqnatı Mixail Vatford, “MedStorm” adlı tibbi avadanlıqlar istehsal edən şirkətin 43 yaşlı sahibi Vasiliy Melnikov da son 11 ayda müəmmalı şəkildə dünyasını dəyişən oliqarxlardan bir neçəsidir.
QAZİLER.AZ
