Dünya Kubokundakı stadionlar başqa ölkələrə danışacaq - FOTO

Dünya Kubokundakı stadionlar başqa ölkələrə danışacaq - FOTO backend

Dünya Çempionatı üçün 2010-cu ildən bu yana gərgin iş şəraitində Qətərdə tikilən stadionlar final matçından sonra sökülərək başqa ölkələrdə quraşdırılacaq.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Qətər qlobal davamlılıq standartları çərçivəsində dünya çempionatının oyunllarının keçirildiyi stadionları ətraf mühitə ən az ziyan vuracaq şəkildə inşa edib.

Ona görə də Qətər dünya kubokundan sonra geriyə qalan mirası fərqli şəkildə dəyərləndirməyə qərar verib. Belə ki, stadionlar tamamilə sökülüb müxtəlif tədbirlərə, idman yarışlarına ev sahibliyi edəcək digər ölkələrə göndəriləcək.

Stadionlardakı 150 mindən çox oturacaq sökülərk yoxsul və inkişaf etmkdə olan ölkələrdə 22 stadionun tikintisində istifadə olunacaq.

Həmin stadionları təqdim edirik:

Stadion 974

“Al Bayt” stadionu

“Lusail” stadionu

“Ahmed bin Ali” stadionu

Cənub stadionu

“Es Sumame” stadionu

Təhsil şəhəri stadionu

QAZİLER.AZ

Diaspora