Çin narahatdır: 1 milyon insan ölə bilər

Çin narahatdır:  1 milyon insan ölə bilər backend

Çində bu aydan etibarən pandemiya ilə bağlı bəzi məhdudiyyətlər yumşaldılıb.

Qaziler.az xəbər verir ki, NTV-də dərc olunan məlumata görə, çinli mütəxəssislər qış aylarında "Covid -19"un 3 yeni dalğasının olacağını proqnozlaşdırır.

Hazırda yoluxma sayında azalma müşahidə edilsə də, ilkin dalğanın yaşandığı bildirilir.

Digər tərəfdən Çinin “sıfır Covid” siyasətindən qəfil və hazırlıqsız imtina etməsi 1 milyona yaxın insanın ölümünə səbəb ola bilər.

Mütəxəssislər qışda epidemiyanın ilk dalğasının yanvarın ortalarına qədər, ikinci dalğanın yanvarın 21-dən sonra, 3-cü dalğanın isə fevralın sonundan martın ortalarına qədər dava edəcəyini bildirib.

QAZİLER.AZ

Diaspora