Qətərdə keçirilən 2022 FİFA Dünya Çempionatında Argentina-Fransa oyununu izləməyə gedən Rəcəb Tayyib Ərdoğan “Tesla” və “Space X”in qurucusu İlon Mask ilə görüşüb.
Qaziler.az "Haber Global"a istinadla xəbər verir ki, oyun bitdikdən sonra görüşən Ərdoğanla İlon Mask əl-ələ sıxışaraq bir xeyli söhbət edib.
Məlumatda onların nəyi müzakirə etdiyi açıqlanmayıb.
QAZİLER.AZ