Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlarda həlak olan rus əsgərlərinin yaxınlarına və müharibədə qəhrəmanlıq göstərən əsgərlərə pulsuz pay torpaqlarının verilməsi haqda fərman imzalayıb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.
Fərmanda “Xüsusi hərbi əməliyyatda iştirak etmiş və üstün xidmətə görə dövlət mükafatına layiq görülmüş, münaqişələrdə həyatını itirmiş və döyüşlərdə qazi olan əsgərlərə Moskva vilayətində, Krımda və Sevastopolda pulsuz torpaq sahələrinin verilməsi tövsiyə olunub.
QAZİLER.AZ