Universitet bitirən türk gənc çobanlığa başladı: "Həyatı qazanmaq üçün bu, şərt deyil" - VİDEO

Universitet bitirən türk gənc çobanlığa başladı: "Həyatı qazanmaq üçün bu, şərt deyil" - VİDEO backend

Türkiyənin Giresun bölgəsində yaşayan 23 yaşlı Ahmet Kılıç 2021-ci ildə Kocaeli Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakultəsini bitirib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, təhsilli gənc diplomunu aldıqdan sonra ailəsinin yanına qayıdıb və dağlıq ərazidə çobanlıq fəaliyyətini davam etdirib.

7 camış və 15 iribuynuzlu mal-qaraya çobanlıq edən Kılıç içindən çox məmnun olduğunu və ən böyük arzusunun ferma qurmaq olduğunu bildirib:

“Sadəcə yaşadığım bölgədən deyil, Türkiyənin hər yerindən dostlarım olsun deyə oxudum. Həyatı qazanmaq üçün universitet oxumaq şərt deyil. Mənim arzum heyvandarlıqla məşğul olmaqdır. İstəyirəm ki, hər kəs öz arzularının ardınca getsin. Mən işimi sevirəm və sevərək çalışıram. Sevdiyim işdə uğur qazanmaq mənim üçün çox vacibdir”, -  deyə 23 yaşlı türk gənc hisslərini paylaşıb.

QAZİLER.AZ

Diaspora