“Apple”ın ilk məhsulu olan və günümüzə qədər gəlib çıxan “Apple-1” kompüterlərindən biri hərracda satışa çıxarılıb.
Qaziler.az xarici mediaya istiadla xəbər verir ki, satışa çıxarılan “Apple-1” adlı kompüter şirkətin həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak tərəfindən 1976-cı ildə hazırlanıb.
Hərracda 78 nömrə ilə təmsil olunan kompüter 442 min dollara alıcı tapıb.
Hərracda “Apple-1” ilə yanaşı, original “Apple Cassette İnterface”, istifadəçi təlimatı, əlavə olaraq ASCII klaviaturası və açıq çərçivəli “Sanya 4205” manitoru da satılıb.
Məlumatda 200 ədəd istehsal edilən “Apple-1” modellərindən təkcə 60-70 ədədinin qaldığı qeyd edilib.
QAZİLER.AZ