Təlimlər dekabrın 21-27-də Şərqi Çin dənizində baş tutacaq.
Qaziler.az "zn.ua"ya istinadən bildirir ki, məlumatı "Reuters" yayıb.
Məlumatda deyilir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çinlə birlikdə 2022-ci ilin son günlərində dəniz təlimləri keçirəcək.
Həmçinin vurğulanır ki, hərbi təlimlər dekabrın 21-dən 27-dək Şərqi Çin dənizində keçiriləcək.
Qeyd edək ki, belə manevrlər 2012-ci ildən bəri hər il keçirilir.
QAZİLER.AZ
