Qətərdə keçirilən dünya çempionatının finalında Fransa millisinin məğlubiyyəti bütün Fransada iğtişaşlara səbəb olub.
Qaziler.az "Европейская правда"ya istinadən bildirir ki, polis 227 nəfəri saxlayıb.
Bu barədə Fransanın BFM-TV telekanalı məlumat yayıb.
Parisdə toqquşmalar azarkeşlərin ənənəvi toplaşdığı, bu münasibətlə piyadalar üçün bağlı olan Yelisey meydanında baş verib.
Verilən məlumata görə, Fransa paytaxtına ümumilikdə 2750 polis və jandarm yerləşdirilib.
Məğlubiyyətlə barışmayan azarkeşlər polisə butılkalar atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.
Fransanın Bordo, Nitsa, Lion şəhərlərində də iğtişaşlar olub, həbs edilənlər var.
QAZİLER.AZ