Avstriyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən Yunanıstan vətəndaşı saxlanılıb.
Qaziler.az lenta.ru-ya istnadən bildirir ki, Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları olan "Kobra" 39 yaşlı rus əsilli Yunanıstan vətəndaşını Rusiyaya casusluqda ittihamı ilə saxlayıb.
Onun barəsində nə qərar qəbul edildiyi hələlik bilinmir.
Verilən məlumata görə, “Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının oğlunun” evində axtarış zamanı dinləmə cihazları, bir neçə smartfon, noutbuk və planşet tapılıb.
Hazırda Yunanıstan vətəndaşı dövlət sirrini yaymaqda ittiham olunur. Avstriya kəşfiyyatı onun müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə şəxsi əlaqələrini və görüşlərinin olduğunu təsdiqləyib.
QAZİLER.AZ