Putin Kadırova Zelenskini aradan götürmək üçün göstəriş verib? - Peskov

Putin Kadırova Zelenskini aradan götürmək üçün göstəriş verib? - Peskov backend

Kremlin sözcüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırova Ukrayna prezidenti Volodimir Zelenskini hərbi əməliyyatlardan əvvəl aradan götürmək barədə göstəriş vermədiyini bildirib.

Qaziler.az xəbər verir ki, Peskov bu barədə açıqlamanı TASS-a müsahibəsi zamanı verib. Belə ki, o, “The Wall Street Journal”da dərc olunan müvafiq məlumatı təkzib edib.

“Bu, tamamilə cəfəngiyatdır”, - Peskov deyib.

Xəbərdə qeyd edilib ki, Kadırovun Zelenskini aradan götürəcəyinə dair söz-söhbətləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov yazda Ukrayna radio kanalının efirində səsləndirib. O, Çeçenistan rəhbərinin bu məsələ ilə bağlı öz üzərinə öhdəlik götürdüyünü, onun və ya onun qrupunun Ukrayna prezidentini məhv edəcəyini bildirib. Danilov hətta Zelenskini məhvetmə planının icrasının təfərrüatlarını da açıqlayıb.

Bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Ukrayinskaya pravda”ya müsahibəsində Zelenskinin həyatına artıq 10-dan çox sui-qəsdə cəhd edildiyini bildirmişdi.

QAZİLER.AZ

Diaspora