Almaniyada nəhəng akvarium partlayıb - FOTO

Almaniyada nəhəng akvarium partlayıb - FOTO backend

Almaniyanın paytaxtı Berlində otelin birinci mərtəbəsində yerləşən “Aqua Dom” adlı 16 metr uzunluğunda nəhəng akvarium partlayıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, akvariumun partlaması ilə yaranan təzyiq nəticəsində 1 milyon litr su və 1500 balıq otelin içindəki əşyalarla birlikdə ətrafa yayılıb.

Berlin polisi hadisə zamanı iki nəfərin yüngül xəsarət aldığını bildirib.

Berlinin bələdiyyə sədri Franziska Giffey mətbuata açıqlamasında hadisəni sunami ilə müqayisə edib və bildirib ki, nəhəng akvarium 1 saat gec partlasaydı oteldə ölüm halları yaşana bilərdi.

Qeyd edək ki, hadisə səhər 05:45 saatlarında baş verib. Akvariumun içində olan tropik balıqların çoxu məhv olub.

QAZİLER.AZ

Diaspora