Rusiyada helikopter faciəsi: ölənlər var - VİDEO

Rusiyada helikopter faciəsi: ölənlər var - VİDEO backend

Rusiyanın Buryatiya Muxtar Respublikasında "Mİ-8" tipli helikopteri Baykal hava limanına enərkən yanıb.

Qaziler.az “Haber Global”a istinadla xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub.

Məlumatda qeyd edilir ki, yanğınsöndürmə briqadası və Rusiya Fövqəladə Hallar Nazirliyinin bütün müdaxilələrinə baxmayaraq, helikopter qısa müddətdə külə dönüb.

Buryatiya prezidenti Aleksey Tsıdenov sosial media hesabından helikopterdə olan 3 nəfərin həlak olduğunu bildirib:

"Baykal hava limanına eniş zamanı "Mi-8" helikopteri yanıb. İstehsaldan yenicə buraxılan helikopter hələ alıcısına təhvil verilməyib və istifadə edilməyib. İçərisində sərnişin olmayıb, yalnız 3 helikopter personalı var idi. Yanan helikopter hava limanının yanğınsöndürmə qrupları və Buryatiya Fövqəladə Hallar Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb”, - deyə Buryatiya prezidenti paylaşıb.

Digər tərəfdən, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada Buryatiyada saat 22:50-də baş verən hadisə ilə bağlı araşdırmalara başlanıldığı və ilkin nəticələrə görə yanğının helikopterin mühərriklərindən qaynaqlanmış ola biləcəyi vurğulanıb.

QAZİLER.AZ

Diaspora