Yunanıstan Türkiyə sərhədində yerləşən Evros (Meriç) bölgəsində patrul və müşahidə tədbirlərini gücləndirmək üçün 250 sərhəd polisi yerləşdirəcəyini bildirib.
Qaziler.az “Haber Global”a istinadla xəbər verir ki,Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Takis Teodorikakos parlamentdə 2023-cü il büdcə müzakirələri zamanı etdiyi çıxışında, Evros bölgəsində qeyri-qanuni miqrantların keçidinin qarşısını almaq üçün tikilən hasarların sərhəd boyu uzadılacağını, elektron müşahidə sistemlərinin yenilənəcəyini və 250 yeni sərhəd polisi yerləşdiriləcəyini deyib.
Xəbərdə qeyd edilib ki, Afina qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Türkiyə ilə quru sərhədində quraşdırdığı polad hasarın uzunluğunu 40 kilometrə qədər uzadıb. Hasarın tikintisi isə 2021-ci ilin avqustunda tamamlanıb.
QAZİLER.AZ