Ancelina Coli BMT-dəki vəzifəsini tərk edir

Ancelina Coli BMT-dəki vəzifəsini  tərk edir backend

Dünya şöhrətli aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığındakı (UNHCR) vəzifəsini tərk edəcəyini açıqlayıb.

Qaziler.az xəbər verir ki, UNHCR saytında dərc edilən ortaq yazılı açıqlamada aktrisanın daha çox humanitar yardım və insan haqları məsələləri üzrə məşğul olmaq istədiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, Coli bundan sonra da qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olmağa, onlar üçün əlindən gələni etməyə davam edəcək.

“20 il BMT çətiri altında işlədikdən sonra düşünürəm ki, artıq qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqə qurub həll yollarını tapmağın zamanı çatıb”, - deyə Ancelina Coli qeyd edib.

Qeyd edək ki, 2001-ci ildə BMT-də humanitar yardım fəaliyyətinə başlayan Ancelina Coli 2012-ci ildə BMT QAK-nın xoşməramlı səfiri təyin edilib.

QAZİLER.AZ

Diaspora