Türkiyədə cümə xütbəsində: İslamda belə bir şey yoxdur!

Türkiyədə cümə xütbəsində:  İslamda belə bir şey yoxdur! backend

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş bu həftə cümə xütbəsində danışılacaq mövzunun uşaqlarala bağlı olduğunu açıqlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin 90 min məscidində “Uşaq: Rəbbimizin qiymətli əmanətidir” adlı xütbə oxunub.

“Bilin ki, mallarınız və uşaqlarınız sizin üçün imtahandır və ən böyük mükafat Allah qatındadır” ayəsi və “Uşağınızın sizin üzərinizdə haqqı vardır” hədisi ilə başlanan xütbədə uşaq yaşda evliliklə bağlı müsəlmanlara müraciət edilib.

“Dəyərli müsəlmanlar! Təəssüflər olsun ki, uşaqlarımızla bağlı vicdanımızı dərdinən sarsıdan xəbərlərlə üzləşirik. Uşaqlar laqeydliyin, zorakılığın, qeyri-insanı davranışların qurbanı olurlar. Bunlardan biri də “kiçik yaşda evliliklər”, “uşaq evlilikləri”, “uşaq gəlinlər”dir. Evliliyə məcbur etmək böyük günahdır. Qızları zorla ərə vermək və bunu İslam dini ilə əsaslandırmaq daha böyük günahdır. Bu yanlış münasibətin, deyilənlərin İslamın evlilik anlayışı ilə heç bir əlaqəsi yoxdur. Uşaqların əməyindən, bədənindən, gələcəyindən sui-istifadə bəşəriyyətin iflasa uğramasının göstəricisidir. Uşağın həyatını qaraltmaq, insanlığa, vicdana qarşı törədilən ən böyük cinayətdir. Bu həm Uca Allah qarşısında, həm də bəşəriyyət qarşısında hesabı ödənilməyəcək ağır cinayətdir”,

QAZİLER.AZ

Diaspora