FİFA Zelenskinin final matçında çıxış etmək istəyini rədd etdi

FİFA Zelenskinin final matçında çıxış etmək istəyini  rədd etdi backend

FİFA Ukrayna prezidenti Volodimir Zelenskinin Dünya Çempionatının final oyunundan əvvəl çıxış etmək istəyini rədd edib.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, Zelenski milyonlarla insanın seyr edəcəyi dünyanın ən böyük idman oyununun finalını fürsətə çevirmək istəyib.

Belə ki, final matçından əvvəl Kiyev administrasiyası Zelenskinin videogörüntü vasitəsi ilə stadiona qoşularaq çıxış etməsini istəyib. FİFA rəhbərliyi ilə irəli sürülən tələbi rədd edib. BBC-yə danışan Kiyev rəsmisi bildirib ki, təklif rədd edilsə də danışıqlar hələ də davam edir.

Qeyd edək ki, Volodimir Zelenski Rusiyanın başlatdığı müharibədən sonra bir ssıra təşkilatların mərasimlərinə qatılaraq iştirakçılara müraciət edib.

QAZİLER.AZ

Diaspora