Türkiyədə polisə növbəti hücum: 1 ölü, 3 yaralı

Türkiyədə polisə növbəti hücum: 1 ölü, 3 yaralı backend

Türkiyədə növbəti terror hadisəsi baş verib.


APA-nın verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis postuna silahlı hücum edib.

Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər.