Polşada polis idarəsində Ukraynadan gələn “hədiyyə” partlayıb

Polşada polis idarəsində Ukraynadan gələn “hədiyyə” partlayıb backend

KİV-in məlumatına görə, komendant partlayıcı maddəni iki gün əvvəl gətirib.

Qaziler.az UNİAN-a istinadən bildirir ki, dekabrın 14-də Varşavada Polşa Milli Polisi idarəsində partlayış baş verib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, qurum rəhbərinin iki gün əvvəl Ukraynaya işgüzar səfəri zamanı aldığı hədiyyələrdən biri partlayıb.

Hadisə səhər saatlarında Polşa polisinin baş komendantı Yaroslav Şimçikin ofisinin yaxınlığındakı otaqda baş verib.

Partlayış nəticəsində Şimçik yüngül xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Polşa izahat tələbi ilə Ukraynaya müraciət edib.

Məhz hansı "hədiyyənin" partladılması ilə bağlı təfərrüatlar açıqlanmır.

QAZİLER.AZ

Diaspora