Rusiya prezidenti Vladimir Putin Türkiyədə quraşdırılması planlaşdırılan qaz mərkəzi ilə bağlı mühüm açıqlama verib.
Qaziler.az “HaberGlobal”a istinadla xəbər verir ki, Putin bir sıra açıqlamaları ilə avropalı istehlakçılara mesaj göndərib.
"Rusiya qazının artan əsas istehlakçılarından biri qonşumuz Türkiyədir. Türkiyənin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Qarşıdakı illərdə biz qaz tranzit mərkəzi yaratmağı planlaşdırırıq. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər" - Putin deyib.
“Avropalı istehlakçılar üçün təbii qazın qiyməti Türkiyədə müəyyən olunacaq. Avropanın mərkəzlərində baş verənlər isə dəlilikdir”, - deyə Putin əlavə edib.
QAZİLER.AZ