Belarus Ukraynaya qarşı müharibəyə hazırlaşır - Ukrayna Baş Qərargahı

Belarus Ukraynaya qarşı müharibəyə hazırlaşır - Ukrayna Baş Qərargahı backend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusun Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırlaşdığını istisna etmir.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromovun sözlərinə görə, oktyabrın ortalarından etibarən Belarusun Ukrayaya qarşı hərbi əməliyyatlarda iştirakı üçün bölgədə Rusiyanın hərbi varlığı genişləndirilir.

Qromov bildirib ki, Belarus Dövlət Sərhəd Komitəsi 2023-cü il martın 1-dək Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəd Qomel vilayətinin ərazilərində vətəndaşların sərhəd zolağına giriş-çıxışı ilə bağlı məhdudiyyətləri uzadıb. Bundan əlavə, ötən həftə Brest vilayətinin Ukrayna ilə sərhəd rayonlarında ərazi müdafiə birləşmələrinə könüllülərin daxil olması üçün təşviqat prosesi davam edib.

QAZİLER.AZ

Diaspora