İran Rusiya təyyarələrini Suriyaya buraxdı- VİDEO

İran Rusiya təyyarələrini Suriyaya buraxdı-  VİDEO backend

İran öz ərazisindən Rusiya təyyarələrinin Suriya ərazisinə uçuşuna icazə verib. APA TV-nin "İnterfax"a istinadən xəbərinə görə, bunu Rusiyanın Tehrandakı attaşesi Maksim Suslov təsdiqləyib.

Diplomatın sözlərinə görə, təyyarələr vasitəsilə Suriyaya humanitar yardım çatdırılacaq. O əlavə edib ki, hazırda Moskva ilə Tehran bu məsələdə sıx tərəfdaşlıq edirlər.

Xatırladaq ki, sentyabrın 8-dən Bolqarıstan öz hava məkanını Suriyaya uçuşlar etmək niyyətində olan Rusiya təyyarələri üçün qapalı elan edib.

Rəsmi Sofiya bildirib ki, həmin təyyarələrin daşıdığı yüklərdən şübhəlidirlər və məhz bu səbəbdən sözü gedən qərarı veriblər.

Bu arada Yunanıstan da ABŞ-ın ölkənin hava məkanını Suriyaya humanitar yardım aparan Rusiya təyyarələri üçün bağlamasını istəyib. Lakin Afina bu təklifə qarşı çıxıb.



Diaspora