Polşa Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının ayrılması ilə bağlı yardım paketini dəstəkləməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə dörd avropalı diplomata istinadən “Politico” məlumat yayıb.
Məlum olub ki, sənədin sonuncu bəndi - iri korporasiyaların mənfəətinə 15% məbləğində minimum vergi dərəcəsinin müəyyən edilməsi Polşanı qane etməyib.
Bundan başqa, paketə Macarıstanın pandemiyanın bərpası fondundan xərclərin Kiyevə dəstəyə yönləndirilməsi, Macarıstan üçün ayrılan pulun bir hissəsinin “dondurulması” və vergi islahatları daxildir. Qeyd edilib ki, maddələrdən birinə veto qoyulsa, bütün yardım paket qəbul edilmir.
QAZİLER.AZ