Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg” tərəfindən 2022-ci ildə dünyanın ən nüfuzlu 50 adamından biri seçilib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, reytinqin şərhində deyilir ki, Ukrayna prezidenti 10 aydır Rusiyanın işğalına qarşı müqavimətə rəhbərlik edir. Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını Kiyevdən sıxışdırıb çıxarmağa və ələ keçirilən yeganə regional mərkəzi - Xersonu geri qaytarmağa nail olublar.
Bundan əlavə, reytinq müəllifləri xatırladıblar ki, Zelenski müharibənin əvvəlində ABŞ-ın ona Ukraynanı tərk etmək üçün kömək təklifindən imtina edib. Həmçinin Zelenskinin sosial şəbəkələrdə “ukraynalıları qalib gələcəklərinə inandıran” axşam çıxışlarına və videoçarxlarına heyran olduqları qeyd edilib.
QAZİLER.AZ