Pakistanda iş yerləri tez bağlanacaq

Pakistanda iş yerləri tez bağlanacaq backend

Pakistanda məhkəmə Lahorda havanın çirklənməsini azaltmaq üçün iş yerlərinin saat 22:00-da bağlanmasına qərar verib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Lahor 12 milyon insana ev sahibliyi edir. Şəhər Yeni Dehli, Dəkkə, Kəraçi və Pekin kimi Asiyanın ən çirkli havaya sahib olan şəhərləri sırasındadır.

Həmçinin Pəncab əyalətinin hökuməti dekabrın 7-dən Lahorda havanın çirklənməsi səbəbindən məktəblərdə təhsilin həftədə 3 gün dayandırılacağını da açıqlayıb.

Havanın keyfiyyətini ölçən İsveçrənin “İQAir” texnologiya şirkəti Lahorun hava keyfiyyətinin dəyərini 201 olaraq qeyd edilib. Bu dəyər “sağlam olmayan” kateqoriyaya düşüb.

QAZİLER.AZ

Diaspora