Yeni Zellandiyanın Baş naziri Caasinda Ardern parlamentin iclasında mikrafonunun açıq olduğunu unudaraq müxalifətçi siyasətçini təhqir edib.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Xanım Baş nazirin bu təhqiri hər kəs tərəfindən eşidilib.
5 ildir ki, ölkənin baş nazir postunu tutan Ardern siyasətçi David Seymouranı hökumətin keçmişi ilə bağlı sual verməsindən sonra təhqir edib.
Belə ki, xanım baş nazir müavininin yanına oturduqdan sonra mikrafonun açıq qaldığnı unudub və Seymouru nəzərdə tutaraq onun haqqında “təkəbürlü əclaf” sözlərini işlədib. Ardernin sözləri parlement sədrinin çıxışı zamanı mikrafondan aydın şəkildə eşidilib və monitorlarına yansıyıb.
Siyasətçi Seymour parlament sədrindən Ardernin onun haqqında dediyi sözləri geri götürməsini və üzr istəməsini tələb edib. Daha sonra Baş nazir siyasətçidən üzr istəyib. Üzrxahlıq qarşılığında Seymour Ardernə təşəkkür edib və ona xoş bayramlar arzulayıb.
QAZİLER.AZ