Putin ABŞ və Böyük Britaniyanı vura biləcək güclü nüvə raketi hazırlayır - "New York Post"

Putin ABŞ və Böyük Britaniyanı vura biləcək güclü nüvə raketi hazırlayır -  "New York Post" backend

Rusiya Prezidenti Vladimir Putin həm ABŞ, həm də Böyük Britaniyanı vura biləcək güclü nüvə raketinin istifadəsinə hazırlaşır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat dərc edib.

Qeyd edilib ki, Rusiya Müdafiə Nazirliyi yeni "Yars" nüvə raketinin görüntülərini dərc edib. Videoda raketin Kaluqa vilayətindəki Kozelsk hərbi kompleksində quraşdırıldığı görünür.

Qitələrarası ballistik raketin radiusu 7500 mil məsafəyə malikdir. “Yars” ilk dəfə 2009-cu ildə buraxılmış Topol-M raket sisteminin modifikasiyasıdır. Nəşrin məlumatına görə, o, xüsusi nəqliyyat-yükləmə qurğusundan istifadə etməklə şaxtanın işə salınma meydançasında quraşdırılıb.

QAZİLER.AZ

Diaspora