Amerikanın onlayn lüğəti "Dictionary.com" ilin sözünü seçib

Amerikanın onlayn lüğəti "Dictionary.com" ilin sözünü seçib backend

"Woman" (qadın) Amerikanın onlayn lüğəti "Dictionary.com"a görə 2022-ci ilin sözü seçilib.

Qaziler.az xəbər verir ki, resurs “qadın cinsinin yetkin siması” kimi səslənən sözü də müəyyənləşdirib. Sorğu zamanı həmin sözün 2021-ci illə müqayisədə axtarışının iki dəfə artdığı bildirilib.

“2022-ci ilin sözü kimi "qadın" sözünü seçməyimiz gender, kimlik və dilin kəsişməsinin mövcud mədəni dialoqda necə üstünlük təşkil etdiyini və lüğət kimi işimizin böyük hissəsini formalaşdırdığını əks etdirir”, məlumatda qeyd edilib.

Lüğətin məlumatına görə, "Dictionary.com"da qadın sözünün axtarışları böyük ictimai maraq doğuran bir sıra hadisələr, o cümlədən ölkə səviyyəsində qadın sözünün mənası ilə bağlı məsələlərin qaldırıldığı səbəblərdən eksponent olaraq artıb.

Dilçilərin fikrincə, bu söz üçün axtarış sorğularında ən böyük artım bu ilin mart ayının sonunda qeydə alınıb. Belə ki, Ketanji Braun Cekson ABŞ tarixində ölkənin Ali Məhkəməsində hakim kimi fəaliyyət göstərən ilk afro-amerikalı qadın olduqdan sonra baş verib.

QAZİLER.AZ

Diaspora