Ukraynadan olan qaçqınlara ev verən britaniyalılar hökumətdən əlavə pul alacaqlar

Ukraynadan olan qaçqınlara ev verən britaniyalılar hökumətdən əlavə pul alacaqlar backend

Ukraynadan olan qaçqınlara bir ildən artıq ev verən britaniyalılar hökumətdən əlavə pul alacaqlar.

"Homes for Ukraine" ("Ukrayna üçün evlər") proqramı çərçivəsində bir ildən artıq müddətdə ukraynalı qaçqınlara sığınacaq verən ev sahibləri xeyirxahlıqlarına görə təşəkkür olaraq dövlətdən ayda 500 funt sterlinq alacaqlar.

Qaziler.az "Европейская правда"ya istinadən bildirir ki, bu qərarı Britaniya hökuməti dekabrın 14-də elan edib.

500 funt-sterlinqin verilməsinin müddəti bir ildən iki ilə qədər uzadılacaq ki, özlərini hələ də mənzillə təmin edə bilməyən ukraynalılar dəstək ala bilsinlər. 

Xatırladaq ki, əvvəllər proqram sponsorları ayda 350 funt sterlinq alırdılar.

QAZİLER.AZ

 

 

Diaspora