Ukraynada yeni səfərbərlik dalğası ilə bağlı açıqlama

Ukraynada yeni səfərbərlik dalğası ilə bağlı  açıqlama backend

“Ukraynada səfərbərliyin davam etdirilməsi müharibənin gedişindən asılıdır”.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

"Səfərbərliyin davam etdirilməsi müharibənin gedişindən asılıdır. Verilən proqnozlar düzgün deyil. Səfərbərliyi prezident öz sərəncamı ilə elan edir. Ukraynada ümumi səfərbərlik 2022-ci il fevralın 24-dən davam edir və prezidentin sərəncamları ilə vaxtaşırı uzadılır. Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı silahlı təcavüzü ilə əlaqədar bir neçə dəfə səfərbərlik 90 gün uzadılıb. Noyabrın 21-dən isə səfərbərlik 90 gün müddətinə yenidən uzadılıb”, - Malyar açıqlamasında deyib.

QAZİLER.AZ

Diaspora