Ukraynanın bu iki vilayəti Rusiyaya birləşdirilir - Peskov

Ukraynanın bu iki vilayəti Rusiyaya birləşdirilir - Peskov backend

Kremlin sözcüsü Dmitriy Peskov Ukrayna ilə bağlı diqqətçəkən açıqlama verib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Peskov Ukraynanın Çerniqov və Odessa vilayətlərinin Rusiyaya birləşdirilməsinin mümkünlüyünə toxunub.

“Bu, xalqın seçimindən və qərarından asılıdır. Əsas məqsəd Donbas xalqının müdafiəsidir. Donetskdə vəziyyət çətindir və əsgərlərimizin diqqətini buna istiqamətləndirmişik”, - Peskov deyib.

Rusiya ilə Ukrayna arasında Milad və ya Yeni il baramı ilə bağlı atəşkəsin planlaşdırılmadığını bildirən Peskov: “Xeyr, heç kimdən belə bir təklif gəlməyib və hazırda gündəmimizdə belə bir məsələ yoxdur” deyib.

QAZİLER.AZ

Diaspora