İtaliyanın Baş naziri Georgiya Meloni G-20 sammitində Ərdoğanla görüşərkən Türkiyə SPUA-ları almaq istədiklərini bildirib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə məlumat “Middle East Eye”də dərc edilib.
Belə ki, SPUA məsələsi ötən ay İndoneziyada keçirilən G-20 sammitində İtaliyanın Baş naziri ilə Türkiyə prezidenti arasında görüşərkən gündəmə gəlib. Söhbət zamanı Meloni Ərdoğana ölkəsinin türk SPUA-ları ilə maraqlandığını və almaq istədiklərini bildirib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, İtaliya Türkiyə SPUA-larından qeyri-qanuni mühacirətlə mübarizə tədbirlərində istifadə etmək istəyir.
QAZİLER.AZ

