Milad bayramında az xərcləyin, ukraynalıları unutmayın - Roma Papası

Milad bayramında az xərcləyin, ukraynalıları unutmayın - Roma Papası backend

85 yaşlı Papa hücuma məruz qalan ölkədə vəziyyətin ağır olduğunu bildirib.

Vatikan başçısı: "Xərclərimizin səviyyəsini aşağı salaq" deyərək ukraynalılara yardıma çağırıb.

Qaziler.az bildirir ki, katoliklərin ruhani lideri Papa Fransisk dekabrın 25-də qeyd olunacaq Milad bayramı haqqında danışkən bildirib.

Papa Milad şənliklərində xərclərə qənaət etməyə və pulun ukraynalılara bağışlanmasına çağırıb.

Ukraynalıların "çox əziyyət çəkdiklərini, ac olduqlarını və üşüdüklərini" deyən 85 yaşlı Papa deyib ki, orada həkim və tibb bacısı olmadığı üçün bir çox insan ölür.

Vatikan başçısı Ukrayna xalqı haqqında: "Onları unutmayaq. Milad bayramı yaxşıdır, amma ürəyimizdə ukraynalılar var" deyib.

QAZİLER.AZ

 

Diaspora