İnsanların qanunsuz yollarla ölkəmizə daxil olması ədalətli deyil - Rişi Sunak

İnsanların qanunsuz yollarla ölkəmizə daxil olması ədalətli deyil - Rişi Sunak backend

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ruandaya miqrantların göndərilməsi planının bərpa ediləcəyini bildirib.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Böyük Britaniya qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün yeni qanun təqdim etməyə hazırlaşır.

Britaniya baş naziri Rişi Sunak İcmalar Palatasındakı çıxışında ölkəsinə qanunsuz və təhlükəli yollarla gələn insanlarla bağlı yeni qanun qəbul edəcəyini bildirib.

İHA-nın xəbərinə görə, Sunak bu şəxslərin saxlanılaraq ölkələrinə geri qaytarılacağına və ya sığınacaq olaraq təhlükəsiz ölkəyə göndəriləcəyini qeyd edib.

QAZİLER.AZ

Diaspora