Qarşıdan gələn yeni il bayramı ilə bağlı İngiltərədə maraqlı qərar qəbul edilib.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, İngiltərənin “Brighton” Universitetinin işçiləri "Noel" mənasını ifadə edən “Christmas”ın yerinə “qışın bağlanması dövrü” deməyi tövsiyyə edib.
Universitetdə müəllimlərə göndərilən 9 səhifəlik “İnklüziv Dil Bələdçisi”nə əsasən, “Milad” sözünün həddən artıq “xristian mərkəzli” olduğu qeyd edilib.
Sənəddə həm tələbələrin, həm də əməkdaşların özlərini təhlükəsiz, dəyərli və hörmətli hiss etmələri üçün inklüziv dildən istifadə tövsiyə edilir.
QAZİLER.AZ