Rusiyada çağırışçılara qarşı reydlər gücləndirilib - Çikov

Rusiyada çağırışçılara qarşı reydlər gücləndirilib - Çikov backend

“Çağırışçılar və onların yaxınlarının müraciətlərinin sayı artıb. Gənclər fəal şəkildə axtarılaraq polis tərəfindən tutulur, sonra hərbi komissarlığa və bir gün sonra döyüşməyə aparılır. Söhbət əsasən Moskvadan, həm də Volqoqrad, Vladivostok və digər şəhərlərdən gedir”.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı hüquq müdafiəçisi Pavel Çikov “telegram”da yazıb.

O qeyd edib ki, ölkədə hərbi xidmətə çağırış düzgün aparılmır. İlk olaraq çağırışçılara çağırış vərəqəsi olan məktublar göndərilməlidir. Bu, ona şəxsən təhvil verilmir. Həmin şəxs gəlmədikdə isə polisə müraciət edilir. O həmçinin bildirib ki, Rusiya Federasiyanın 328-ci maddə ilə hərbi xidmətdən yayınma ilə bağlı cinayət işinin başlanması barədə hədələr də var.

QAZİLER.AZ

Diaspora