Zelenski danışdığı lətifə ilə gündəm oldu - VİDEO

Zelenski danışdığı lətifə ilə gündəm oldu - VİDEO backend

Ukrayna prezidenti Volodimir Zelenski danışdığı lətifə ilə sosial şəbəkələrdə gündəm olub.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Zelenski lətifəni Devid Letterman ilə “Netflix”də yayımlanan “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı verilişində danışıb.

O, müsahibə zamanı yumor hissinin insanları dəli olmaqdan xilas etdiyini vurğulayıb və aparıcını danışacağı bir lətifəni dinləməyə dəvət edib. Zelenski odessalıların Rusiya-Ukrayna arasında başlayan müharibəni necə müzakirə etdiklərini belə nəql edib:

“İki odessalı görüşür. Biri digərinə deyir:

-Yaxşı, orda vəziyyət necədir, nə deyirlər?

-Müharibədir...

-Bəs nə müharibəsidir?

-Rusiya NATO ilə savaşır.

-Doğrudan?

-Hə, hə, Rusiya NATO ilə müharibə edir.

-Nəticə?

-Necə olacaq...70 min rus əsgəri öldürülüb, bütün raketlər tükənib, çoxlu sayda texnika, silah-sursat məhv edilib. Vəziyyət budur.

-Bəs NATO?

-NATO? NATO hələ gəlməyib!”

QAZİLER.AZ

Diaspora