Avropa İttifaqı Ukraynaya növbəti ildə silah yardımı üçün müdafiə və təhlükəsizlik məsələləri üçün istifadə olunan fondun vəsaitini 2 milyard avro artırmaq qərarına gəlib.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə qərar dekabrın 12-də Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi Xarici İşlər Nazirlərinin Sammitində verilib. Qərara əsasən, Avropa Sülh Fondunun 2023-cü ildə 6 milyard avroluq büdcəsi daha 2 milyard avro artırılacaq.
Avropa Şurası tərəfindən verilən açıqlamada fondun büdcəsinin 2027-ci ilə qədər daha 5,5 milyard avro artırıla biləcəyi də qeyd edilib.
Ukraynaya silah yardımı edən bu fond danhəmçinin Mozambik, Moldova, Gürcüstan, Mali, Somali, Niger, Bosniya, Hersoqovina, Livan, Mavritaniya və Avropa Birliyinin hərbi missiyalarında və müdafiə dəstəyində də istifadə edilir.
2022-ci ildə fondun silah anbarının 86 faizindən Ukraynaya yardımda istifadə edildiyi üçün Avropa İttifaqı ehtiyatları tükənmək üzrə olan fondun maliyyə vəsaitini artırmaq qərarına gəlib.
Xatırladaq ki, artıq Rusiya və Ukrayna arasında başlayan müharibənin 10-cu ayıdır. Hər iki ölkənin ağır itkiləri olsa da, Qərb ölkələri və ABŞ Ukraynaya silah göndərməkdə davam edir.
QAZİLER.AZ