G7 sammitində çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski sülhü sürətləndirmək üçün zəruri olan üç addımı açıqlayıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında paylaşım edib.
"Rusiya təcavüzü davam etdirir, bu o deməkdir ki, Ukraynaya dəstək də davam etdirilməlidir. Çoxdan gözlənilən addımlar atılmalıdır: sülhün başlanğıcını sürətləndirəcək bir şeylər. Bunlardan üçü var", - Zelenski konfrans iştirakçılarına müraciəti zamanı deyib.
Onun sözlərinə görə, ilk addım “yeni qüvvədir”. Söhbət Ukraynanın ehtiyacı olan müasir tanklar, artilleriya, top və mərmilərdən gedir:
"Bizim daha çox reaktiv artilleriyaya və uzaqmənzilli raketlərə ehtiyacımız var. Bu cür silahlarla silahlansaq, Rusiyanın təcavüzü bir o qədər qısa olacaq", - Zelenski bildirib.
Ukrayna liderinin fikrincə, ikinci addım “yeni qala”dır.
"Gələn il də biz maliyyə, enerji və sosial sabitliyi qoruyub saxlamalıyıq. Bunda uduzmamaq hər şeydə qalib gəlmək deməkdir".
Zelenskinin daha sonra üçüncü addımın yeni diplomatiya olduğunu qeyd edib.
"Ukrayna danışıqlarda həmişə lider olub və Rusiyanın təcavüzünü dayandırmaq üçün hər şeyi edib. İndi biz xalqımızın və bütün ərazilərimizin azad edilməsi üçün diplomatiyadan istifadə etməliyik", - Zelenski deyib.
QAZİLER.AZ