İrandan Rusiyaya verdəcəyi raketlərlə bağlı məhdudiyyət

İrandan Rusiyaya verdəcəyi raketlərlə bağlı  məhdudiyyət backend

İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya təhvil verəcəyi raketlərin mənzilini məhdudlaşdırmaq istəyir. Bir sözlə, Tehran Moskvaya silah verməkdən imtina etməyəcək.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, yüksək rütbəli 4 İsrail rəsmisi "Axios" kəşfiyyat məlumatlarına istinadən bildiriblər ki, İran beynəlxalq ictimaiyyətin reaksiyasından qorxaraq belə bir addım ata bilər.

İsrailli rəsmilər jurnalistlərə açıqlamalarında, beynəlxalq təzyiqlərin İranı Rusiyaya raket vermək planlarından çəkindirmədiyini qeyd ediblər.

Belə ki, Tehran yaxın vaxtlarda silah tədarüklərini həyata keçirmək niyyətindədir.

QAZİLER.AZ

Diaspora