Ukrayna Prezident Volodimir Zelenski Rusiyanı Milad bayramında qoşunlarını Ukraynadan çıxarmağa dəvət edib.
Qaziler.az xəbər verir ki, bu barədə Zelenski G7 ölkələrinin liderləri qarşısında çıxışında bildirilib.
"Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa, bu, hərbi əməliyyatların daimi dayandırılmasını təmin edəcək. Bununla da Moskva öz səmimi niyyətini göstərəcək. Ümid edirəm ki, siz bizim çağırışımızı dəstəkləyəcəksiniz, çünki bu, qlobal maraqların və bizim sülh düsturumuzun bir hissəsidir. Rusiyanın bunu etməməsi üçün heç bir səbəb görmürəm. Bunu indi Milad bayramında edin. Moskvadan gələcək cavab onların həqiqətən nə istədiklərini göstərəcək”, - Zelenski vurğulayıb.
QAZİLER.AZ