Slovakiyanın Ukrayna ilə sərhəddində yerləşən Koşitse şəhərində müharibədə zərər dəyən silahların təmiri üçün texniki xidmət mərkəzi yaradılıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Almaniya və Slovakiyanın birgə əməkdaşlığı ilə yaradılan mərkəzdə başda Berlinin Ukraynaya verdiyi silahlar olmaqla, döyüşlərdə zədələnmiş silah-sursatların təmir edilərək yenidən istifadəyə verilməsi planlaşdırılır.
Slovakiyada danışıqlar aparan alman general Kristian Freydinq mətbuata açıqlamasında istifadəyə verilən təmir mərkəzinin ölkəsinin Ukrayna silahlı qüvvələrinə verdiyi mühüm dəstək olduğunu bildirib.
Almaniya Müdafiə Nazirliyi də qeyd edib ki, sözügedən mərkəzdə ölkəsinin Ukraynaya verdiyi silahlara mütəmadi olaraq texniki xidmət göstəriləcək və onların daim döyüşə hazır olması təmin ediləcək.
QAZİLER.AZ