İsrail ordusu 13 min hərbçinin iştirakı ilə sürpriz təlimlərə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Qüvvələri sosial media hesabından paylaşım edib.
Paylaşımda “İsti qış” adlı təlimlərin dekabrın 13-nə kimi davam edəcəyi açıqlanıb.
Texnologiya və Logistika Birliyinin rəhbərliyi altında başladılan sürpriz təlimlərdə 8 min nizami və 5 min ehtiyatda olan 13 min hərbi heyətin iştirak etdiyi qeyd edilib.
Açıqlamada sözügedən təlimin şimal bölgəsində baş verən gözlənilməz hadisələr və müxtəlif ssenarilər fonunda İsrail ordusunda döyüş və logistika hazırlığını artırmaq məqsədinın güdüldüyü bildirilib.
Israilin “Maariv” qəzetinin dərc etdiyi xəbərə görə, sözügedən təlimlərin İranın mülki uçuşlar zamanı Beyrut hava limanına qaçaqmalçılıq yolu ilə silah keçirməyə çalışdığına dair bəzi məlumatların əldə edilməsindən və son zamanlar şimal sərhədində artan gərginlikdə dolayı həyata keçirildiyi vurğulanıb.
QAZİLER.AZ