Hindistan və Çin hərbçiləri Faktiki Nəzarət Xəttində qarşı-qarşıya gəlib.
Qaziler.az bildirir ki, Hindistan mətbuatında yer alan xəbərə görə dekabrın 9-da Arunaçal Pradeş əyalətinin Tavanq bölgəsindəki De-fakto Nəzarət Xəttində Hindistanla Çin əsgərləri arasında qarşıdurma yaşanıb.
Hər iki tərəfdən bir neçə hərbçinin yüngül xəsarətlərlə yaralandığı bildirilib.
Toqquşmadan sonra hər iki tərəfin ərazini tərk etdiyi qeyd edilir.
Hələlik Çin və Hindistan tərəfindən toqquşma ilə bağlı rəsmi açıqlama verilməyib.
Xəbərdə qeyd edilib ki, toqquşmadan sonra Hindistanın bölgədəki komandiri çinli həmkarı ilə sülh və əmin- amanlığı bərpa etmək üçün görüş keçirib.
QAZİLER.AZ