Polşa Rusiya ilə sərhədinə elektron sədd çəkir - FOTO

Polşa Rusiya ilə sərhədinə elektron sədd çəkir - FOTO backend

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinə 199 kilometrlik uzunluğunda elektron sədd çəkməyə qərar verib. Artıq baryer üçün yerli şirkətlə müqavilə də imzalanıb və bunun üçün 373 milyon zloti xərcləyəcək.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Polşanın artan nizamsız miqrant axınının qarşısını almaq istəməsidir.

Elektron bariyer sisteminin müxtəlif fiziki xassələri aşkar edən sensorlar sayəsində vəziyyətin hərtərəfli mənzərəsini təqdim edəcəyini, ərazi və hava şəraitindən asılı olmayaraq davamlı olaraq məlumat ötürəcəyini bildirən Sərhəd Mühafizə Bölməsi martda səddin tikintisinə başlanılacağını bildirib.

Xatırladaq ki, Polşa noyabrın əvvəllərində Yaxın Şərqdən və Afrika ölkələrindən təyyarə uçuşlarının başlanmasından dolayı nizamsız miqrant axınının qarşısını almaq üçün Kalininqrad sərhədinə hündürlüyü  2,5 metr, eni 3 metrə genişliyində olan məftil hörmək qərarına gəlmişdi.

Polşa ötən il də Belarusdan Polşaya qeyri-qanuni miqrasiyanın artmasının qarşısını almaq üçün  Belarusla sərhəddə 186 metrlik polad sədd çəkib.

QAZİLER.AZ

Diaspora