Ukraynanın Avropadakı səfirliklərinə hücumlar davam edir. Bu dəfə hədəf Ukraynanın Afinadakı səfirliyi olub. Belə ki, səfirliyə içərisində heyvan gözləri olan qanlı bağlama göndərilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Yunanıstanın Polis Xidmətindən verilən açıqlamaya görə bu gün səhər saatlarında Ukraynanın Filotey bölgəsindəki səfirliyi qarşısında içərisində heyvan gözləri olan qanlı paketin aşkarlandığı və hadisəylə bağlı istintaq başladıldığı bildirilib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi dekabrın 2-də verdiyi açıqlamada Ukraynanın xarici ölkələrdəki bir neçə səfirliyinə heyvan gözləri olan qanlı bağlamalar göndərildiyini deyib.
Məlumatda bildirilib ki, bağlamalar Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və İtaliyadakı səfirliklərə, Neapol və Krakovdakı baş konsulluqlara və Brnodakı konsulluqlara göndərilib.
QAZİLER.AZ